"Fənərbağça"dan 3 nəfər hakim qarşısına çıxıb
“Qalatasaray” – “Fənərbağça” matçından sonra baş verən hadisələrlə bağlı başladılan istintaq çərçivəsində “Fənərbaxça” klubunun 3 üzvü ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gəlib.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, istintaq çərçivəsində "Fənərbağça" klubunun həkimi Ertuğrul Karanlık, klubun keçmiş idarəçisi Hulusi Benqü və baş məşqçi İsmail Kartalın oğlu Emre Kartal ifadə vermək üçün hakim qarşısına çıxıblar.
Qeyd edək ki, adı çakilən bu adamlar "Qalatasaray"ın stadionuna daxil olaraq klubun rəsmilərinə şiddət göstəriblər.