"Fənərbağça"dan "Brayton"a doğru

"Brighton" İstanbulun "Fənərbağça" komandasının oyunçusu İsmail Yükselin xidmətində maraqlıdır. 

Sportline.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib.

Yerli mətbuat İngiltərə təmsilçisinin İsmail üçün "Fənərbağça"ya elçi düşdüyünü yazıb. 

Qeyd edək ki, futbolçunun bazar dəyəri 18 milyon avrodur. İngilis klubu bu məbləğin 12 milyonunu nəğd, 6 milyonunu isə kredit şəklində ödəmək istəyir. 

Xatırladaq ki, futbol üzrə Türkiyə yığma komandasının üzvü Ferdi Kadıoğlu da "Brighton"un şərəfini qoruyur.

Bu keçid baş tutsa, İsmail Yüksellə Fərdi Kadıoğlu komanda yoldaşı olacaqlar.