"Fənərbağça"dan inamlı qələbə

"Fənərbağça" Türkiyə Superliqasında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu 39-cu turda "Erzurumspor"u qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbağça" - "Erzurumspor" - 3:1
Qollar
: Sosa, 6-pen (1:0) Valensiya, 12 (2:0), Pelkas, 14 (3:0), Sert, 81 (3:1)

Bu qələbə ilə xalını 76-a yüksəldən "Fənərbağça" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 81 xalla "Beşiktaş" başçılıq edir. "Qalatasatay" 75 xalla 3-cüdür.