"Fənərbağça"lılar üçün özəl gün

“Fənərbağça” azarkeşləri son illərdir bu günü “Fənərbağça”lılar günü kimi qeyd edir.

Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, klubun prezidenti Ali Koç sosial media hesabında azarkeşləri “Fənərbağça”lılar günü münasibəti ilə təbrik edib. O, paylaşımında: “Işıq sənsən, ümid sənsən, sevdam sənsən! 19.07 Dünya “Fənərbağça”lılar günümüz mübarək. Nə xoş səni sevənə, sonsuzadək yaşa, “Fənərbağça” yazısı ilə post paylaşıb. 

Qeyd edək ki, “Fənərbağça” klubu tarixində 35 kubok qazanıb. 19 dəfə Super liqa, 7 dəfə Türkiyə kuboku, 9 dəfə Türkiyə Super kubokunun sahibi olub.