"Fənərbağça"nın futbolçusu karyerasını başa vuracaq

"Fənərbağça"nın italiyalı futbolçusu Leonardo Bonuççi "İstanbulspor" ilə oyundan sonra karyerasını sonlandıracaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

 

11 yanvar 2024-cü il ara transfer pəncərəsində "Yunion Berlin"dən ayrıldıqdan sonra "Fənərbağça"ya transfer olunan təcrübəli müdafiəçi 12 matçda 1 məhsuldar ötürmə edib.

37 yaşlı Bonuççi karyerasında "Viterbese", "İnter", "Treviso", "AC Piza", "Cenoa", "Bari", "Yuventus", "Milan", "Yunion Berlin" və "Fənərbağça"da çıxış edib.

Qeyd edək ki, Bonuççi İtaliya milli komandasında çıxdığı 121 oyunda 8 qol vurub, 7 asist edib.