"Fənərbağça"nın futbolçusuna Belçikadan təklif var

"Fənərbağça"nın futbolçusu Mişi Batşuayi Belçika klubunun radarına düşüb.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Klub Brugge" 30 yaşlı futbolçunu yeni mövsüm üçün heyətinə qatmaq istəyir.

"Klub Brugge"nin Batşuayi üçün təklif göndərdiyi və gözləmədə olduğu bildirilir.

Hücumçu isə "Fənərbağça"da keçiriləcək prezident seçkilərindən sonra qərar verəcək.

Qeyd edək ki, Batşuayi bu mövsüm "sarı-lacivərtlilər"lə çıxdığı 43 oyunda 24 qol, 3 asistlik performans göstərib.