“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a transfer ola bilər
“Mançester Yunayted”in türkiyəli qapıçısı Altay Bayındırın yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” klubu Altay Bayındırı transfer etmək üçün hərəkət keçib.
İstanbul nəhəngi Altayın meneceri ilə danışıqlara başlayıb.
“Qalatasaray” Altayın transferini yanvar ayında həll etmək istəyir.
Qeyd edək ki, Altay Bayındır 2019-2023-cü illər ərzində “Fənərbağça”da çıxış edib.
26 yaşlı kiperin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalına görə Altayın dəyəri 10 milyon avrodur.