"Fənərbağça"nın sabiq oyunçusu karyerasını Fransada davam etdirəcək
"Fənərbağça"dan ayrılan norveçli futbolçu Çoşua Kinqin "Tuluza"ya transfer olunacağı iddia edilir.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Fransa klubu 32 yaşlı hücumçunu heyətinə qatmağa yaxındır.
Tərəflər arasında razılığın əldə olunduğu və yaxın günlərdə rəsmi imzaların atılacağı bildirilib.
Son iki mövsümü "Fənərbağça"da keçirən Kinq 54 oyunda 12 qol və 8 asistlik performans sərgiləyib.
Qeyd edək ki, "Tuluza" klubu Liqa 1-də iki turdan sonra 2 xal toplayıb.