"Fənərbağça"ya veriləcək cəza bəlli olub
"Fənərbağça"ya veriləcək cəza bəlli olub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası qanunlarda yer alan 6-cı maddəyə əsasən "sarı-lacivərtlər"ə ağır cəza verə bilər.
Belə ki, "Fənərbağça" klubu bütün yarışlardan uzaqlaşdırılma ya da dəymiş zərəri qarşılamaq məcburiyyətində qalacaq. TFF-nin qarşılaşacağı maddi və mənəvi bütün problemlərin isə səbəbkarı "Fənərbağça" klubu olduğu üçün komanda əlavə təzminat ödəməli olacaq.
Qeyd edək ki, Super Liqada mübarizə aparan "Fənərbağça" klubu bundan başqa xallarının silinməsi ilə də qarşı-qarşıya gələ bilər.