Fernando Muslera "Qalatasaray"da yeni rekorda imza ata bilər

Uzun illərdir "Qalatasaray"ın şərəfini qoruyan Fernando Muslera yeni rekorda imza ata bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 2011/12 mövsümündən bu yana "sarı-qırmızılar"ın şərəfini qoruyan uruqvaylı qolkiper Bülənt Korkmazın 588 matçlıq rekordunu yeniləyə bilər.

Belə ki, Fernando Muslera indiyədək ümumilikdə "Qalatasaray" forması ilə 500 görüşdə meydana çıxıb. Təcrübəli qolkiper İstanbul klubu ilə 2 mövsümdə də rəsmi matçlara çıxacağı təqdirdə ən çox qarşılaşmada yer alan futbolçu adına yiyələnəcək. 

Qeyd edək ki, Fernando Muslera hazırda "Qalatasaray" forması ilə 500 rəsmi görüşə çıxan 3-cü futbolçu olub.