Ferran Toresin transfer qiyməti açıqlanıb

"Barselona" ispaniyalı futbolçusu Ferran Torreslə bağlı qərar verib.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu F.Torres satmaq niyyətindədir.

25 yaşlı futbolçu üçün "Barselona"nın rəhbərliyi 50 milyon avro tələb edir.

Qeyd edək ki, Ferran Torres bu mövsüm çıxış etdiyi 45 matçda 19 qol 7 məhsuldar ötürmə müəllifi olub.