FİDE də Rusiyaya qadağa qoydu
Beynəlxalq Şahmat Federasiyası - FIDE də Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq edib.
Sportline.az xəbər verir ki, ali şahmat qurumu bu ölkələrdə rəsmi yarış və tədbirlərin keçirilməyəcəyini elan edib.
Rusiya və Belarusdan olan şahmatçılar turnirlərə dövlət bayrağı altında qatılmaq hüququndan da məhrum olunublar.
Onlar yerli federasiyanın bayrağı altında yarışacaqlar.
Bundan əlavə, qurum Rusiya və Belarusa aid şirkətlərlə əməkdaşlığa da son qoyub.