FIDE-dən dünya şahmat tacı ilə bağlı yenilik

Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasında dünya şahmat tacı uğrunda matç üçün seçim sistemini eyniləşdirməyə çalışır.

Sportline.az xəbər verir ki, bu barədə "TASS"a FİDE prezidenti Arkadi Dvorkoviç açıqlama verib.

O bildirib ki, qadınlar arasında Qran-pri düşüncəsi şahmat tacı uğrunda mübarizəni vahid sistemlə aparmaq istəyindən irəli gəlir: "Bu, kişilərdə olduğu kimi nəzərdə tutulub. Hər iki sistemi eyniləşdirmək niyyətindəyik. Ümumilikdə qadınlar arasında turnirlərin sayı az idi. Qran-prinin ortaya çıxması aparıcı qadın şahmatçılara daim yarışmaq imkanı verdi".

Dvarkoviç qadınlar üçün yarışları müxtəlif məkanlarda keçirməyə çalışacaqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, 2020-ci ildə qadınlar arasında Qran-prinin ilk mərhələsi Rusiyanın paytatxı Moskvada, sonkarı mərhələləri isə Monako, İsveçrənin Lozanno şəhəri və Cəbəllütariqdə gerçəkləşib.