FIDE Qran-prisi: Məmmədyarovun oyununda ilk gedişi serbiyalı nazir edib
FIDE Qran-prisində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov və fransalı Maksim Vaşye-Laqrav arasında keçirilən D qrupunun II tur görüşündə ilk gedişi turnirin ev sahibi olan Serbiyanın daxili işlər naziri Aleksandr Vulin edib.
Sportline.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi feysbuk səhifəsi məlumat paylaşıb.
Hazırda davam edən qarşılaşmada Məmmədyarov qara fiqurlarla mübarizə aparır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ilk turda çinli Yu Yanqyi ilə, Maksim Vaşye-Laqrav isə rusiyalı Aleksandr Predke ilə heç-heçə edib.