FIDE Qran-prisi: Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirib.
Sportline.az xəbər verir ki,, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu - VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov 35-ci gedişdə heç-heçə edib.
Bununla da bütün qarşılaşmalarını "sülh"lə bitirən azərbaycanlı qrossmeyster 3 xal toplayıb və qrup lideri ola bilmədiyi üçün mübarizəni dayandırıb. 3,5 xala malik Vaşye-Laqrav isə hələlik liderdir və yarımfinala yüksəlməyə çox yaxındır.