FIDE reytinqi: Məmmədyarov və Rəcəbovun mövqeləri dəyişməyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportline.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 767 xalla 9-cu pillədəki yerini qoruyub.

Teymur Rəcəbovun də mövqeyində dəyişiklik olmayıb. 2 753 xala malik 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.

Qədir Hüseynov (2 661) 3 pillə irəliləyərək 77-ci sıraya yüksəlib. Rauf Məmmədov isə (2 656) 87-ci sıraya geriləyib.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 865 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2 799 xala malik çinli Dinq Liren 2-cidir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 24-cü, Gülnar Məmmədova (2 387) 68-ci, Xanım Balacayeva isə (2 376) 79-cu pilləyə irəliləyib.