FİFA referimiz AÇ-nin finalında
FİFA referimiz Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.
Mayın 17-də keçiriləcək qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcək.
Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda təşkil olunacaq.