FİFA reytinqi: Millimiz gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, aktivində 296 olan Azərbaycan seçməsi ötən ayla müqayisədə 2 pillə geriləyib. Robert Prosineçkinin yetirmələri yoldaşlıq görüşündə Moldovaya qalib gəlsə də, bu, vəziyyəti yaxşılaşdırmağa kifayət etməyib.

Siyahıya isə yenə də Belçika başçılıq edir:

1. Belçika – 1494
2. Argentina – 1455
3. İspaniya – 1370
4. Almaniya – 1347
5. Çili – 1273
6. Braziliya – 1251
7. Portuqaliya – 1219
8. Kolumbiya – 1211
9. İngiltərə - 1206
10. Avstriya – 1091

Azərbaycan millisinin “DÇ-2018”in təsnifat mərhələsindəki rəqiblərinin reytinqi isə belədir:

4. Almaniya – 1347
26. Çexiya – 860
30. Şimali İrlandiya – 825
54. Norveç – 591
198. San-Marino – 28

Ötən ayla müqayisədə 3 pillə geriləyən Türkiyə millisi 21-ci yerdə qərarlaşıb. Hesabında 895 xal olan Rusiya isə 24-cüdür.