FİFA reytinqi: Millimiz mövqeyini qorudu
FİFA milli komandaların növbəti reytinq siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyində ötən ayla müqayisədə dəyişiklik olmayıb. Aktivində 296 xal olan seçməmiz 116-cı pillənin sahibidir.
Reytinq cədvəlinə yenə Belçika millisi başçılıq edir. İlk "10-luq" isə belədir:
1 (1). Belçika – 1494
2 (2). Argentina – 1455
3 (3). İspaniya - 1370
4 (4). Almaniya – 1347
5 (5). Çili – 1293
6 (6). Braziliya – 1251
7 (7). Portuqaliya – 1219
8 (8). Kolumbiya – 1211
9 (9). İngiltərə - 1106
10 (10). Avstriya - 1091
Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan komandaların mövqeləri belədir:
4 (4). Almaniya – 1347
25 (26). Çexiya - 860
29 (30). Şimali İrlandiya - 825
50 (54). Norveç - 597
198 (198). San-Marino - 28
Qeyd edək ki, qonşu Türkiyə yığması siyahıda 933 xalla 20-ci yerdə qərarlaşıb.