FİFA Türkiyə klubuna 2 illik transfer qadağası qoyub

FİFA Türkiyə 2-ci liqa təmsilçisi "Giresunspor"u cəzalandırıb.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Giresunspor" klubu Brendli Kuvasın maaşını ödəmədiyi üçün FİFA tərəfindən 2 müddətinə transfer qadağası alıb.

Klub niderlandlı futbolçunun müqaviləsinə birtərəfli qaydada xitam verib.

Qeyd edək ki, Brendli Kuvas 2022-ci ildə "Makkabi Tel Əviv"dən Türkiyə klubuna transfer olunmuşdu.31 yaşlı futbolçu bu müddət ərzində 41 oyuna çıxıb, 2 qol vurub və 6 asist edib.