Fil Foden İngiltərə millisinin düşərgəsini tərk edib

 

İngiltərə millisinin hücumçusu Fil Foden müvəqqəti olaraq milli komandanın düşərgəsini tərk edib.

Sportline.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, futbolçu təcili ailə işləri ilə əlaqədar Böyük Britaniyaya qayıdıb. Bunu İngiltərə Futbol Assosiasiyası da təsdiqləyib.

Xatırladaq ki, iyunun 25-də İngiltərə seçməsi AVRO 2024-ün qrup mərhələsində son oyununa çıxıb. Qaret Sautqeytin komandası Sloveniya millisi ilə qarşılaşıb. Köln şəhərində keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb. AVRO 2024-ün qrup mərhələsinin üç turundan sonra İngiltərə komandası beş xal toplayaraq C qrupunu birinci yerdə başa vurub.