Finalı ingilis hakimə tapşırdılar
UEFA Millətlər Liqasının finalını və 3-cü yer uğrunda oyununa hakim təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, UEFA Hakimlər Komitəsi bazar günü - oktyabrın 10-da İspaniya ilə Fransa arasında oynanılacaq həlledici qarşılaşmanı İngiltərədən olan Antoni Teylora tapşırıb.
Ona yan xətt hakimləri Qeri Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kreyq Pouson yerinə yetirəcək. Oyunun VAR hakimi Stüart Ettuell, onun köməkçiləri isə Kris Kavana, Li Betts (İngiltərə) və Pol van Bukel (Niderland) olacaq.
Oktyabrın 10-da, İtaliyadakı “San Siro” stadionunda keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək.
Serbiyalı Srjan Yovanoviç isə həmin gün baş tutacaq 3-cü yer uğrunda görüşdə İtaliya - Belçika oyununda əsas söz sahibi olacaq. .