"Fiorentina" - "Napoli": Düşərgələrdəki son durum
İtaliya A Seriyasında 37-ci tura bu gün start verilir.
Sportline.az xəbər verir ki, açılış oyununda "Fiorentina" ilə "Napoli" komandaları görüşəcəklər. Florensiyada keçiriləcək qarşılaşma maraqlı mübarizə vəd edir.
Meydan sahiblərindən yalnız Rikardo Sottil zədə səbəbindən matçı buraxacaq. "Napoli"də isə Piotr Zelinski oyunun iştirak ərizəsinə daxil edilməyib. Viktor Osimhen və Dendonkerin oynayıb - oynamayacağı bilinmir.
Matteo Markettinin idarə edəcəyi görüş 22:45-də start götürəcək.
Qeyd edək ki, "Fiorentina" 36 turdan sonra 53 xalla 8-ci pillədədir. Bir pillə aşağıda qərarlaşan "Napoli"nin 51 xalı var.