Foden "Nyukasl'la oyuna ehtiyatda başlayacaq

Premyer Liqanın 6-cı turu çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Mançester Siti" oyununun start heyətləri açıqlanıb.

Sportline.az xəbər verir ki, "şəhərlilər"in heyətində ötən mövsüm ən yaxşı oyunçusu seçilən Fil Foden bu görüşə ehtiyatda başlayacaq.

De Bruyne isə zədə üzündən iştirak ərizəsinə daxil edilməyib.

Komandalar meydana bu heyətlərlə çıxacaqlar:

"Nyukasl Yunayted": Poup, Tripyer, Şer, Holl, Bern, D.Merfi, Tonali, Qimarayns, Barns, Qordon, Joelinton.

"Mançester Siti": Ederson, Uolker, Akanji, Diaş, Qvardiol, Lyuis, Kovaçiç, Gündoğan, Silva, Qriliş, Holand.

Qeyd edək ki, "St.James Park" stadionunda keçiriləcək qarşılaşma 15:30-da başlayacaq.