Formula 1: 8 Qran-prinin təqvimi
Formula 1-də yeni mövsümün iyulun 5-də başlayacaq.
Sportline.az xəbər verir ki, təşkilatçılar 8 yarışlıq Avropa təqvimini açıqlayıb. Plana görə, Avstriya qran-prisi ilə mövsümün açılışı olacaq - 3-5 iyul və 10-12 iyul.
Ardınca Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust və 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya (4-6 sentyabr) qran-priləri təşkil olunacaq.
Azərbaycanda keçiriləcək qran-pri ilə bağlı məlumat tam təqvim açıqlanandan sonra bilinəcək.
Formula 1-də mövsüm martda başlamalı idi. Koronavirusa görə, 4 mərhələ ləğv edilib.