"Formula 1": Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olunur
"Formula 1" üzrə dünya çempionatının 2022-ci il təqvimində Çin Qran-prisi yer almayacaq.
Sportline.az BBC-yə istinadən xəbər verir ki, Şanxayda keçirilməsi planlaşdırılan yarış koronavirus səbəbindən baş tutmayacaq.
Onun əvəzinə aprelin 24-də İtaliyada Emiliya-Romanya Qran-prisi gerçəkləşəcək.
Qeyd edək ki, "Formula 1"də Çin Qran-prisi 2020 və 2021-ci illərdə də eyni səbəbdən ləğv olunub.