Fransa çempionu məlum oldu

Fransa çempionatında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, lider "Lill" son turda səfərdə "Anje"yə 2:1 hesabı ilə qalib gələrək 83 xalla  çempion olub. Komandanın qələbə qollarını Conatan David (10-cu dəqiqə) və Burak Yılmaz (45+1 penaltidən) vurub. Bununla da, "Lill" 10 ildən sonra yenidən Liqa 1-in qalibi olmağı bacarıb. Çempiondan 1 xal geridə qalan PSJ 2-ci pillə ilə kifayətlənib. "Monako" isə 78 xalla 3-cü olub. Beləliklə, "Lill", PSJ və "Monako" Fransanı Çempionlar Liqasında təmsil edəcək. 4-cü və 5-ci pillədəki "Lion" və "Marsel" Avropa Liqasında oynamaq hüququ qazanıb. “Renn”  isə Konfrans Liqasında çıxış edəcək.

Mövsümü son iki pillədə bitirən “Nim” və “Dijon” elitanı tərk edib. 18-ci yerin sahibi “Nant” isə Liqa1-də qalmaq üçün pley-off oyunu keçirəcək.

Qeyd edək ki, bundan əvvəl son 3 mövsümdə Fransa çempionatının qalibi PSJ olmuşdu.