İspaniya İngiltərəni məğlub etdi, İsveçrə və Lüksemburq darmadağına sevindi
UEFA Millətlər Liqasında ilk tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, turun sonuncu oyun günündə daha 7 qarşılaşma keçiriləcək.
Diqqətlər əsasən, Londonun "Uembli" stadionuna yönələcək. Burada İngiltərə seçməsi İspaniyanı qəbul edəcək.
Gecənin digər maraqlı oyununda İsveçrə və İslandiya münasibətləri aydınlaşdıracaq.
Şimali İrlandiya Bosniya və Herseqovina dueli də gərgin mübarizə vəd edir.
Günün afişası belədir:
08 sentyabr 2018
Millətlər Liqası
1-ci tur
A Liqası, 2-ci qrup
İsveçrə - İslandiya - 6:0
QOLLAR: Zuber, 13 (1:0); Zakaria, 23 (2:0); Şakiri, 53 (3:0); Seferoviç, 67 (4:0); Ayeti, 71 (5:0); Mehmedi, 82 (6:0)
A Liqası, 4-cü qrup
İngiltərə - İspaniya - 1:2
QOLLAR: Markus Reşford, 11 (1:0); Sual Nigez, 13 (1:1); Rodriqo, 32 (1:2)
B Liqası, 3-cü qrup
Şimali İrlandiya - Bosniya və Herseqovina - 1:2
QOLLAR: Hares Dulyeviç, 36 (0:1); Elvis Sariç, 64 (0:2); Vill Qriq, 90+3 (1:2)
C Liqası, 2-ci qrup
Finlandiya - Macarıstan - 1:0
QOL: Pukki, 7 (1:0)
Estoniya - Yunanıstan - 0:1
QOL: Kostas Fortunis, 14 (0:1)
D Liqası, 2-ci qrup
Belarus - San-Marino - 5:0
QOLLAR: Staşeviç, 4 (1:0); Draqun, 26 (2:0); Saroka, 67/p. (3:0); Draqun, 87 (4:0); Kovalyov, 90+1 (5:0)
Lüksemburq - Moldova - 4:0
QOLLAR: Kevin Malqet, 34 (1:0); Till, 60 (2:0); Sinani, 75 (3:0); Pereyra, 83 (4:0)