Fransa millisinin sabiq baş məşqçisi dörd ildən sonra iş yeri tapdı

Fransanın "Nant" futbol komandasının baş məşqçi postuna Raymon Domenek təyin olunub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. Yeni vəzifədə ilk sınaq yanvarın 6-da "Renn"ə qarşı olacaq.

Domenekin son iş yeri 2004 - 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. O, "xoruzlar"la 2016-cı il dünya çempionatının finalınadək irəliləyib.

Qeyd edək ki, "Nant" Fransa Liqa 1-dəki son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı yerdə qərarlaşıb.