Fransadan "Benfika"ya

“Benfika” heytini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Portuqaliya klubu “Monako”dan Jil Diaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2015-ci ildən “Monako”da çıxış edən portuqaliyalı oyunçu ötən mövsümü icarə əsasında “Famalikan”da keçirib.