Fransalı oyunçu "Krasnodar"dan getdi

“Krasnodar” yarımmüdafiəçi Remi Kabella ilə yolları ayırıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Remi Kabelya 2019-cu ilin yayında Fransanın "Sent-Etyen"indən "Krasnodar"a keçib. O, Rusiya klubunda 62 oyunda 17 qol vurub,  10 qolun ötürməsini verib. Kabella Fransa millisində 4 oyuna çıxıb.

Xatırladaq ki, FİFA legioner oyunçulara Rusiya klubları ilə müqaviləni birtərəfli qaydada ləğv etməyə icazə verib.