Frenki De Yonqun yeni klubu bəlli olub

"Barselona" klubunun niderlandlı futbolçusu Frenki De Yonq karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un rəhbərliyi De Yonqu transfer etmək üçün hərəkətə keçib. "Barselona" De Yonqu satmağa razıdır. Lakin İspaniya klubu 27 yaşlı futbolçu üçün 70 milyon avro tələb edir.

Tərəflər arasında danışıqlar davam edir.

De Yonq "Liverpul"da çıxış etmək istəyir.

Qeyd edək ki, Frenki De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.