Fuad Zeynalov ikiqat Dünya Kubokunun sahibi olub

Dünya və Avropa çempionu Fuad Zeynalov Türkiyənin Antalya şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunda uğurla çıxış edib.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı masterlər arasında həm “light contact”, həm də “kick light” versiyalarında qüvvəsini sınayıb.

Hər iki növdə inamla mübarizə aparan Zeynalov, yüksək peşəkarlıq nümayiş etdirib.

Keçirdiyi 6 döyüşün hamısında qələbə qazanan idmançı ikiqat Dünya Kubokunun sahibi olub.

Qeyd edək ki, Fuad Zeynalov yarış təşkilatçıları tərəfindən "Best Master" adına da layiq görülüb.