Füllkruq qolunu sındırdığı azarkeşə imzalı formasını göndərib
Almaniya millisinin hücumçusu Niklas Füllkruq qolunu sındırdığı azarkeşdən üzr istəyib.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, 31 yaşlı futbolçu həmin şəxsə imzalı formasını göndərib.
Formanın üzərində "Kai üçün.Tezliklə sağal.Yenidən üzr istəyirəm" ifadələri yazılıb.
Xatırladaq ki, insident Almaniya və Şotlandiya komandaları arasında Avropa Çempionatının açılış oyunundan (5:1) əvvəl isinmə hərəkətləri zamanı baş verib. Füllkruqun zərbəsindən sonra top Kai Flatmann adlı azarkeşə dəyib və onun qolunun sınmasına səbəb olub.
Qeyd edək ki, qrup mərhələsini lider tamamlayan Almaniya seçməsi Avropa Çempionatının 1/8 finalında Danimarka ilə qarşılaşacaq.