Futbol əfsanəsi dünyasını dəyişdi

Meksika millisinin sabiq qapıçısı Antonio Karbahal vəfat edib. 

Sportline.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 93 yaşında dünyasını dəyişib. 

Antonio Karbahal 5 dünya çempionatında oynayan ilk futbolçudur.

Qeyd edək ki, o, bütün karyerası ərzində yalnız Meksika klublarının şərəfini qoruyub.