Futbol İttifaqının prezidenti seçildi

Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov vəzifəsində işinə davam edəcək.

Sportline.az qurumun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, funksioner yekdilliklə təşkilatın rəhbəri vəzifəsinə 4 il müddətinə yenidən seçilib. O, son seçkilərdə yeganə namizəd olub.

Qeyd edək ki, Dyukov 22 fevral 2019-cu ildən bəri Rusiya Futbol İttifaqının rəhbəridir.