Futbol ulduzu karyerasını bitirdi

Madrid "Atletiko"sunun sabiq futbolçusu Qabi karyerasını bitirib.

Sportline.az xəbər verir ki, məşhur yarımmüdafiəçi 37 yaşında futbolla vidalaşmaq qərarına gəlib.

Qabi son olaraq Qətərin "Əl-Sədd" komandasının şərəfini qoruyub. Onun "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin köməkçisi olacağı gözlənilir.

Qeyd edək ki, Qabi 2004 - 2007 və 2011 - 2018-ci illərdə "Atletiko"nun formasını geyinib. Madrid təmsilçisinin yetirməsi olan oyunçu İspaniya La Liqasının, ölkə kubokunun və iki dəfə Avropa Liqasının qalibi olub.