İsrail çempionu müəyyənləşdi

Futbol üzrə İsrail çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Makkabi" (Hayfa) klubu sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Hayfa təmsilçisi buna səfərdə "Netanya"nı 5:1 hesabı ilə darmadağın etməklə nail olub. Bu qələbə ilə xallarını 78-ə çatdıran komanda ən yaxın izləyicisi "Hapoel" (Beer-Şeva) klubunu 7 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Makkabi"nin ardıcıl 3-cü liqa çempionluğudur.