Türkiyə Super Liqasının qalibi "Qalatasaray"
Futbol üzrə məlumat saytı "Euro Club İndex" Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqlayıb.
Sportline.az "Euro Club İndex"-ə istinadla xəbər verir ki, liqanı son pillədə tamamlayan komanda 17 xalla "İstanbulspor" klubu olacaq.
Saytın analizləri nəticəsində "Beşiktaş" klubunun 60 xalla 4-cü, "Trabzonspor"un 65 xalla 3-cü olacağı bildirilib."Fənərbağça" klubu isə mövsümü 99 xalla 2-ci pillədə başa vuracaq. Super Liqanın çempionu isə 101 xalla "Qalatasaray" klubunun olacağı bildirilib.
Qeyde edək ki, "Euro Club İndex"də "Qaziantepspor"un da bu mövsüm liqanı təkr edəcəyi bildirilib.