Futbolçumuz əməliyyat olundu

“Zirə”nin futbolçusu Qismət Alıyev cərrahiyə əməliyyatı olunub.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi İstanbulda qasıq nahiyəsindən əməliyyat edilib.

Alıyevin 4 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.