Futbolçumuz məğlubiyyətə üzüldü
Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” doğma meydanda "Zarya" ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Aleksandriya” hazırda 16 xalla 14 komanda arasında 8-ci pillədə qərarlaşıb.