Futbolçumuz Türkiyəyə yollanır?
"Keşlə"dən ayrılan Vüsal İsgəndərli karyerasını Türkiyədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə klublarının birindən dəvət alıb. Bu barədə Qol.az saytına oyunçunun özü məlumat verib. Lakin İsgəndərli sözügedən komandanın adını açıqlamayıb. O, bildirib ki, məsələ ilə bağlı bütün nüanslara bir neçə gün ərzində aydınlıq gətirəcək.
Qeyd edək ki, V.İsgəndərli başa çatan mövsüm Azərbaycan Premyer Liqasında 26 matçda 3 qol vurub və 6 qolun ötürməsini verib. O, "Keşlə"dən ayrıldığını bu gün açıqlayıb.