Futbolçumuzun komandası "Dinamo" ilə bacarmadı
Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” bu turda doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Aleksandriya” 20 turdan sonra 26 xalla 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.