Futbolçumuzun komandası elita ilə vidalaşdı

Rusiya Premyer Liqasını tərk edəcək ilk klub məlum olub.
 
Sportline.az xəbər verir ki, 28-ci turda “Rostov”a 0:2 hesabıyla uduzan “Tambov”un sona iki tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.
 
Qeyd edək ki, azərbaycanlı futbolçu Azər Əliyevin də çıxış etdiyi “Tambov” bu mövsüm Rusiya Premyer Liqasında 28 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.