Futzal üzrə Yüksək Liqanın iştirakçıları bəlli olub

Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.

Sportline.az xəbər verir ki, 2022/2023 mövsümündə 6 komanda – “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19 mübarizə aparacaq.

Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.