Gənc cüdoçuların Bakı birinciliyi yekunlaşdı
Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı birinciliyi keçirilib.
Sportline.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 16 çəki dərəcəsində qaliblər bəlli olub.
İki gün davam edəcək yarışda Bakının 30 müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından ümumilikdə 166 idmançı arasında qaliblər müəyyənləşib.
Yarışın əsas məqsədi müvafiq yaş qrupu üzrə 22-24 fevralda keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimini etmək və eyni zamanda gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.
Medalçıları təqdim edirik:
-55 kq.
1. Tahir Həsənli
2. Mirmusa Abülrəhmanov
3. Adil Əliyev
3. Nurlan Məhərrəmli
-60 kq.
1. Hüseyn Allahyarov
2. Elton İmranov
3. Fikrət Nəcəfov
3. Sahib Babayev
-66 kq.
1. Bəhram Qurbanlı
2. Rüfət Aydınov
3. Cabbar Hüseynov
3. Sadiq Həsənli
-73 kq.
1. Elnur Qasılov
2. Tariyel Şıxalıyev
3. Həsən Cəfərov
3. Səid Rzayev
-81 kq.
1. Xəyyam Əliyev
2. Elçin Cəfərov
3. Sübhan Eyyubov
3. Murad Muradov
-90 kq.
1. Nihad Şıxalizadə
2. Fərid Niyazov
3. Sadiq Zeynallı
3. Fərid Hacıyev
-100 kq.
1. Hüseyn Dadaşov
2. Nicat Fətəlov
3. Elxan Quliyev
3. Orxan Paşayev
+100 kq.
1. Məhəmməd Məmmədzadə
2. İlkin Baxalıyev
Qızlar
-48 kq.
1. Xumar Qasımzadə
-52 kq.
1. Mələkxanım Məmmədova
-57 kq.
1. Gülnarə Bayramova
-63 kq.
1. Nigar Əlibəyli
2. Leyla Atayeva
3. Emilya Mirzəyeva
-70 kq.
1. Aysu Həsənova
2. Pərvin Hüseynov