"Gəncə"nin baş məşqçisi "Şəki" ilə oyunu dəyərləndirib

"Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-off mərhələsidə "Şəki" ilə ilk oyunu (84:85) dəyərləndirib.

Sportline.az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib.

O, növbəti oyuna kökləndiklərini vurğulayıb:

"Rəqibimizi təbrik edirəm. Növbəti oyunu gözləyirik. Həmin matça uyğun hazırlaşacağıq".

Qeyd edək ki, tərəflər arasında ikinci qarşılaşma aprelin 20-də baş tutacaq.