Gənclər Liqası: "Qarabağ" - "Çelsi" duelinin hakimləri açıqlandı

UEFA Gənclər Liqasında mübarizə aparan "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası "Çelsi" ilə qarşılaşacaq. SportLine.az xəbər verir ki, 22 noyabr tarixində keçiriləcək matçın hakim təyinatları açıqlanıb.

Qarşılaşma Türkiyədən olan briqadaya həvalə olunub. 

BAŞ HAKİM: Alper Ulusoy
KÖMƏKÇİ HAKİMLƏR: Mehmet Emin Tuğral, Deniz Caner Özaral
DÖRDÜNCÜ HAKİM: Orxan Məmmədov

Qeyd edək ki, “Azərsun Arena”da keçiriləcək “Qarabağ” - “Çelsi” matçının start fiti sabah (22 noyabr) saat 15:00-da səslənəcək.