Gənclər Liqası: "Qarabağ" "Çelsi"yə uduzdu
Bu gün UEFA Gənclər Liqasında 5-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası doğma azarkeşlər önündə son oyununa çıxacaq. Rəqib "Çelsi" olacaq.
İlk görüşdə 5 cavabsız qolla qələbə qazanan "zadəganlar", bu dəfə 3 xal qazanmaq niyyətindədirlər. Son oyununda "Atletiko"nu məğlub edən Ağdam klubu da meydana ağ bayraq qaldırmağa çıxmayacaq.
"Azərsun Arena"da keçiriləcək görüşün start fiti saat 15:00-da səslənəcək.
22 noyabr 2017
UEFA Gənclər Liqası
"C" qrupu, 5-ci tur
“Qarabağ” - “Çelsi” - 1:3
QOLLAR: Yaroslav Deda, 50 (1-0); Martell Teylor-Krossdeyl, 60-pen. (1-1); Braun, 70 (1:2); Corc Mak İçran, 76 (1:3)
Baş hakim: Alper Ulusoy
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuğral, Deniz Caner Özaral (hamısı Türkiyə)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
Bakı. “Azərsun Arena”