Gənclər Liqası: "Qarabağ" yenə uduzdu

Bu gün UEFA Gənclər Liqasında 3-cü turun daha 8 görüşü keçiriləcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət heyəti "Atletiko"nu qəbul edəcək.

İlk iki görüşdə qapısında 8 top görən və fərqlənə bilməyən Ağdam təmsilçisi, bu dəfə tilsimi qırmaq niyyətindədir. Madrid klubu da meydana 3 xal üçün çıxacaq. 

"Azərsun Arena"da keçiriləcək matçın start fiti saat 14:00-da səslənəcək.


18 oktyabr 2017
Gənclər Liqası
"C" qrupu, 3-cü tur

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya) - 1:5
QOLLAR: 
Karlos İsaak, 8 (0-1); Yaroslav Deda, 18 (1-1); Oskar Klemente, 37 (1-2); Toni Moya, 44 (1-3); Aytor Punyal, 69 (1-4); Salido, 88 (1:5)

Baş hakim: Vitali Meşkov
Baş hakimin köməkçiləri: Aleksey Lunyov, Nikolay Boqaç (hamısı Rusiya)
Dördüncü hakim: Rauf Cabbarov (Azərbaycan)
UEFA nümayəndəsi: Tamar Çixinadze (Gürcüstan)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
Bakı. “Azərsun Arena"

Standings provided by Sofascore LiveScore